AZ

Azərbaycanda narkotiklərlə bağlı 32 qadın məsuliyyətə cəlb olunub

BAKI, 19 may. TELEQRAF

Azərbaycanda bu ilin yanvar-aprel ayları ərzində narkotiklərlə bağlı 32 qadın məsuliyyətə cəlb edilib.

Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1505 nəfər cəlb edilib, onlardan 1473 kişi, 32 qadın olub.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr