AZ

Dima Al-Khatib: Gələcəkdə urban artımın təxminən 90 faizi Qlobal Cənub ölkələrinin payına düşəcək

Bakı, 19 may, AZƏRTAC

Azərbaycan qlobal təşəbbüslərin və beynəlxalq şəbəkələrin inkişafına töhfə verir. Şəhərlər artıq dayanıqlı inkişaf gündəliyinin əsas mərkəzinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin direktoru Dima Al-Khatib “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, şəhərlərin dayanıqlı inkişafı istiqamətində qlobal çağırışların həlli üçün vətəndaş cəmiyyəti institutlarının iştirakı və çoxtərəfli tərəfdaşlıqlar mühüm əhəmiyyət daşıyır.

“Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətli hissəsinin uğuru və ya uğursuzluğu məhz şəhərlərdə müəyyən olunacaq. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və 2050-ci ilə qədər bu göstəricinin 70 faizə çatacağı proqnozlaşdırılır. Gələcəkdə urban artımın təxminən 90 faizi Qlobal Cənub ölkələrinin payına düşəcək”,- deyə Dima Al-Khatib əlavə edib.

Seçilən
24
azertag.az

1Mənbələr