AZ

Valverde “Ayaks”a “yox” deyib

“Ayaks” Ernesto Valverdeni baş məşqçi postuna namizədlərdən biri kimi nəzərdən keçirib.

İdmanxeber.az AS nəşrinə istinadən xəbər verir ki, klubun idman direktoru Jordi Kroyff ispaniyalı mütəxəssisi komandaya gətirmək istəyib. Lakin Valverde mövsümün gərgin keçdiyini bildirərək məşqçilik karyerasına qısa fasilə verəcəyini açıqlayıb.

Bundan sonra “Ayaks”ın əsas namizədi kimi “Jirona”nın çalışdırıcısı Maykl Sançez ön plana çıxıb.

Seçilən
12
idmanxeber.az

1Mənbələr