AZ

Baykal gölündə kater qəzaya uğradı: 5 nəfər öldü, yaralılar var

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın Buryatiya Respublikasında yerləşən Baykal gölündə göyərtəsində sərnişinlərin olduğu "Xivus" kateri qəzaya uğrayaraq aşıb.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika prokurorluğu məlumat yayıb.

"İlkin ehtimallara görə, hadisə bu gün Çerepaxa adlı ərazidə qeydə alınıb. Sahildən təqribən 30 metr məsafədə "Xivus" markalı kater aşıb. İlkin məlumata əsasən, bir vətəndaş xəstəxanaya aparılıb, dörd nəfər isə suda qalıb", - deyə qurumdan vurğulanıb.

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Baykal gölündə katerin çevrilməsi nəticəsində beş nəfər həlak olub.

"Katerdə ümumilikdə 18 nəfər olub. Onlardan 13-ü, o cümlədən bir uşaq xilas edilib. Çox təəssüf ki, beş nəfər həyatını itirib", - deyə açıqlamada qeyd olunub.

Həmçinin bildirilib ki, xəsarət alanlardan biri ayağından yaralanıb və həmin şəxs dərhal müvafiq tibb müəssisəsinə hospitalizasiya olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
avtosfer.az

1Mənbələr