"Neftçi"nin müdafiəçisi Elvin Bədəlov Premyer Liqanın 32-ci turunda "Sabah"ı məğlub etdikləri matç (2:1) haqda Sportinfo.az-a açıqlama verib.
O, qarşılaşma ilə əlaqəli düşüncələrini bu cür ifadə edib:
"Meydana qələbə üçün çıxmışdıq. "Sabah" çempion olduğu üçün rotasiyalara getmişdi.
Bu da başadüşüləndir. Oyuna yaxşı başladıq, ilk hissədə hücuma atıldıq.
Düzdü,r erkən qol buraxdıq. Futbolda belə hallar olur.
Sonradan toparlanaraq qələbə qazandıq. Əsas məqsəd bu idi. Parlaq oynamasaq da qələbə qazandıq. Buna görə xoşbəxtik".
XANOĞLAN