AZ

"Hizbullah"ın 25-dən çox obyektinə zərbə endirildi – VİDEO

İsrail Müdafiə Ordusu (Saxal) son 24 saat ərzində Livanın cənubunda şiə hərəkatı "Hizbullah"ın 25-dən çox hərbi obyektinə hava zərbələri endirib.

Bizim.Media xəbər verir ki, bu barədə Saxal-ın mətbuat xidməti məlumat yayıb.

Vurulan hədəflər arasında "Hizbullah"a məxsus silah anbarları, komanda məntəqələri, əvvəllər İsrail ərazisinə hücumlarda istifadə olunmuş raket qurğuları və qruplaşmanın digər infrastruktur obyektləri yer alır.

İsrail hərbi rəhbərliyi şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək və gələn təhdidləri neytrallaşdırmaq məqsədilə əməliyyatların qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.


Bizim.Media

Seçilən
25
1
bizim.media

2Mənbələr