AZ

"Mango" brendinin qurucusunun oğlu atasının ölümünə görə həbs edilib

İspaniya polisi "Mango" geyim imperiyasının qurucusu İsak Andicin ölümü ilə bağlı onun böyük oğlu Conatan Andici saxlayıb.

Far.Az "The Economic Times"ə istinadən xəbər verir ki, hadisə 2024-cü ilin dekabrında Montserrat dağları yaxınlığında baş verib.

71 yaşlı iş adamı yürüş zamanı hündürlükdən yıxılaraq həyatını itirib. Hadəisə zamanı onun yanında yalnız oğlu olub.

Kataloniya regional polisi bildirib ki, iş adamı Salnitre mağaraları yaxınlığında yerləşən dərin yarğan və sıldırım qayalar olan ərazidə uçurumdan yıxılıb. İlkin araşdırmalar zamanı hüquq-mühafizə orqanları hadisəni bədbəxt hadisə kimi qiymətləndirib və İsak Andicin sürüşərək yıxıldığı ehtimal olunub.

2025-ci ilin yanvarında məhkəmə cinayət tərkibi aşkarlanmadığı üçün işi bağlasa da, həmin ilin oktyabrında istintaq yenidən bərpa edilib. Buna səbəb isə müstəntiqlərin Conatan Andicin ifadəsində müəyyən ziddiyyətlər aşkar etməsi olub.

Hazırda araşdırma prokurorluq və məhkəmə orqanlarının nəzarəti altında davam etdirilir.

Seçilən
20
1
far.az

2Mənbələr