AZ

ABŞ-dan Qrenlandiya planı: Çin investisiyalarına veto tələbi gündəmdə

ABŞ prezidenti Donald Tramp administrasiyası Qrenlandiya ilə elə bir razılaşma bağlamağa çalışır ki, Vaşinqton Çinin adadakı istənilən investisiya layihəsinə veto qoya bilsin.

Publika.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ, Danimarka və Qrenlandiya rəsmiləri arasında bu istiqamətdə qapalı danışıqlar aparılır.

Məlumata əsasən, Vaşinqtonun əsas məqsədi Qrenlandiyanın zəngin faydalı qazıntı ehtiyatlarına Çin şirkətlərinin çıxışını məhdudlaşdırmaqdır. ABŞ tərəfi hesab edir ki, Pekinin regiondakı iqtisadi mövcudluğu strateji risk yarada bilər.

Mənbələr iddia edir ki, Ağ Ev administrasiyası Qrenlandiyada infrastruktur və ya mədən layihələrində Çinlə əlaqəli şirkətlərin vasitəçi və ya investor kimi iştirakını əngəlləyəcək geniş səlahiyyətlər tələb edir.

Seçilən
8
publika.az

1Mənbələr