AZ

İqor Qarafuliç: BMT Azərbaycan hökümətinə dəstək göstərməyə hazırdır

BMT Azərbaycan hökümətinə dəstək göstərməyə hazırdır.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Xəzər regionunda iqlimədavamlı şəhərlər və icmalar: Şəhər uyğunlaşması üçün şaquli iqlim maliyyələşdirilməsi" mövzusunda yüksəksəviyyəli dialoqda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, WUF13 insanlardan iqlimə qədər bütün istiqamətlərdə faydalı əməkdaşlıq üçün uyğun platformadır:

"Biz də bu təşəbbüsü yüksək qiymətləndiririk və atılacaq müsbət addımlarda dəstək göstərməyə hazırıq".

Seçilən
14
far.az

1Mənbələr