AZ

Hazırda ölkənin 79 şəhərindən 65-i 20 illik baş planlarla idarə olunur, daha 10 şəhər üzrə sənədlər təsdiq mərhələsindədir

Hazırda ölkənin 79 şəhərindən 65-i 20 illik baş planlarla idarə olunur, daha 10 şəhər üzrə sənədlər təsdiq mərhələsindədir. Bunu Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  Anar Quliyev Dünya Şəhər Forumunun (WUF13) çərçivəsində təşkil olunan Türk Dövlətləri Təşkilatının (TDT) Urban Dialoqunda şəhərləşmə, dayanıqlı inkişaf və regional əməkdaşlıq məsələləri üzrə  müzakirədə deyib.

"Türk dünyası qədim şəhər mədəniyyətlərinin formalaşdığı əsas regionlardan biri olub. Oş, Mərv, Buxara, Türküstan və Konya kimi şəhərlər tarix boyu ticarət, elm, memarlıq və mədəniyyət mərkəzləri kimi mühüm rol oynayıb.

 

Çıxış zamanı vurğulanıb ki, hazırda region sürətli urbanizasiya dövrünü yaşayır. Son on ildə Mərkəzi və Qərbi Asiyada şəhər əhalisinin 35–45 faiz artdığı qeyd olunub. Bununla yanaşı, iqlim dəyişiklikləri və seysmik risklər şəhərlərin inkişafında yeni çağırışlar yaradır.

 

Qeyd edilib ki, ötən ilin oktyabrında keçirilən Qəbələ Zirvə Toplantısında dövlət başçıları şəhərsalma, məkan planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı qərarlar qəbul ediblər. Həmçinin üzv ölkələr arasında bilik mübadiləsi, dayanıqlı yenidənqurma və “ağıllı şəhər” həlləri ümumi prioritet kimi müəyyən olunub.

 

 

 

Həmçinin vurğulanıb ki, Bakı Baş Planı 2040 layihəsi paytaxtın insan mərkəzli və ekoloji baxımdan dayanıqlı inkişaf modelinə keçidini nəzərdə tutur. Mənzil siyasətinin isə sosial sabitlik və inklüziv iqtisadi inkişafın əsas elementi kimi qiymətləndirildiyi qeyd edilib.

Seçilən
1
2
anews.az

3Mənbələr