AZ

“Forumun təşkilatçılığı yüksək səviyyədədir” -XARİCİ QONAQ

“Mən Hindistandanam. Birləşmiş Millətlər Təşkilatının UNIDO qurumunda çalışıram və Bakıda keçirilən Dünya Şəhərsalma Forumu 13-də iştirak etmək üçün buraya gəlmişəm”. SİA xəbər verir ki, bu sözləri sərgi iştirakçısı Nand Pal Sing deyib.

Onun sözlərinə görə, bu ayın 17-də Bakıya gəldim və şəhəri çox bəyəndim. Bakı çox səliqəli və təmiz şəhərdir. İnsanlar olduqca mehriban, əməkdaşlığa açıq və yardımsevərdirlər. Açığı, şəhər gözləntilərimdən də yaxşı təsir bağışladı.

Forumun təşkilatçılığı da yüksək səviyyədədir. Təqdim olunan imkanlar, sərgilər və ekspozisiyalar çox peşəkar şəkildə hazırlanıb. Şəhərlərin inkişafı, urbanizasiya, mənzil və digər istiqamətlərlə bağlı burada çox maraqlı proseslər və müzakirələr aparılır. Ümumilikdə hər şeyi çox bəyəndim”.

Müəllif: Günay Hacıyeva
Seçilən
32
1
sia.az

2Mənbələr