AZ

Kaliforniyada İslam Mərkəzinə silahlı hücum nəticəsində üç nəfər həlak olub

ABŞ-nin Kaliforniyanın San Diyeqo şəhərində İslam Mərkəzinə silahlı hücum nəticəsində üç nəfər həlak olub.

San Diyeqo şəhəri Polis İdarəsinin rəisi Skott Val jurnalistlərə bildirib ki, ölənlər arasında  kompleksin mühafizəçisi də var.

Polis San Diyeqo İslam Mərkəzinə atəş açan iki terrorçunun intihar etdiyini təsdiqləyib.

Hadisə nifrət zəminində törədilmiş cinayət kimi araşdırılır. Şübhəlilər hələlik müəyyən edilməyib.

Amerika-İslam Münasibətləri Şurası (CAIR) məscidə silahlı hücumu pisləyib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
42
azerbaijan-news.az

1Mənbələr