AZ

"İqlim dəyişikliyi kompleks və çoxşaxəli çağırışa çevrilib"

Türkiyə Bakı Davamlılıq Koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclasında bildirib.

Nazir müavininin sözlərinə görə, iqlim dəyişikliyi artıq çoxdan yalnız ekoloji məsələ olmaqdan çıxaraq kompleks və çoxşaxəli çağırışa çevrilib. Bu problem şəhər ərazilərinin təhlükəsizliyinə, infrastruktur sistemlərinin dayanıqlığına, eləcə də ərzaq və su təhlükəsizliyinin təminatına birbaşa təsir göstərir.

Seçilən
13
1
publika.az

2Mənbələr