AZ

ABŞ Prezidenti İrana 2-3 gün vaxt verdiyini açıqlayıb

Vaşinqton, 19 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp İrana 2-3 gün vaxt verdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, o, bunu jurnalistlərin suallarını cavablandırarkən deyib.

Bununla yanaşı, Donald Tramp İranla bir də müharibə etməyəcəyinə ümid etdiyini diqqətə çatdırıb. “Amma onlara daha böyük zərbə vurmalı ola bilərik. Hələ əmin deyiləm. Çox tezliklə biləcəksiniz”,- deyə ABŞ Prezidenti vurğulayıb.

 

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
14
3
azertag.az

4Mənbələr