Rusiya Prezidenti Vladimir Putin iki günlük dövlət səfəri ilə Çinə gedib.
Bizim.Media xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin "Telegram" kanalındakı paylaşımda "Prezidentin təyyarəsi Pekin hava limanına enib", — deyə qeyd edilib.
Nəşr bildirib ki, səfərin əsas iş günü mayın 20-nə təyin olunub. Həmin gün Putinin və Si Cinpinin əvvəlcə təkbətək, daha sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları baş tutacaq.
"Bundan başqa, mayın 20-si axşam saatlarında Rusiya prezidentinin ÇXR sədri ilə çay süfrəsi arxasında söhbəti planlaşdırılıb", - agentlik əlavə edib.
Bizim.Media