AZ

Alkoqol 60-dan çox xəstəliyə yol aça bilər - Endokrinoloqdan çağırış

Endokrinoloq Zuxra Pavlova gündə cəmi bir qədəh şərabın belə onlarla xəstəliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, həkim bu haqda "Telegram" kanalında məlumat qeyd edib

Mütəxəssis bildirib ki, alkoqolun az miqdarda qəbulu belə tam təhlükəsiz hesab edilmir. Onun sözlərinə görə, spirtli içkilər insan sağlamlığına düşünüldüyündən daha geniş təsir göstərir.

Pavlova qeyd edib ki, son genişmiqyaslı araşdırmalar alkoqol qəbulunun 60-dan çox xəstəliyin yaranma riski ilə əlaqəli olduğunu sübut edib. Bu xəstəliklərə maddələr mübadiləsinin pozulması, oynaq problemləri, daxili orqanların zədələnməsi və immun sisteminin zəifləməsi daxildir.

Bununla yanaşı, həkim vurğulayıb ki, alkoqolun orqanizmə təsiri geri dönəndir və bir çox dəyişiklikləri düzəltmək mümkündür. Onun sözlərinə görə, spirtli içkidən imtina etdikdən və ya istifadəsini azaltdıqdan bir neçə həftə sonra iltihab göstəriciləri azalır, ümumi sağlamlıq vəziyyəti isə yaxşılaşır.

Həkim əlavə edib ki, alkoqoldan tam imtina bədənin daha sürətli bərpasına kömək edir və daxili orqanlara düşən yükü azaldır.
 

Aytəkin TOFİQQIZI

Seçilən
25
1
redaktor.az

2Mənbələr