AZ

Bakı–Tbilisi–Bakı qatarının hərəkət cədvəli açıqlanıb

Azərbaycan və Gürcüstan dəmir yolu operatorları arasında əldə olunan ilkin razılaşmaya əsasən, Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının gündəlik hərəkət qrafiki açıqlanıb.

Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən verilən məlumata görə, qatarlar Bakıdan hər gün saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Tbilisidən isə qatarlar saat 21:00-da hərəkətə başlayacaq və növbəti gün saat 06:24-də Bakıya çatacaq.

Marşrut üzrə Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında dayanacaqlar nəzərdə tutulur. Gürcüstan tərəfdə isə qatar Qardabani və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.

ADY əlavə edib ki, sərnişin daşımaları üzrə yeni qaydalar və digər texniki detallar barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Seçilən
0
9
anews.az

10Mənbələr