Türkiyə Daxili İşlər Nazirliyi Şərqi Aralıq dənizi bölgəsində yerləşən 5 vilayətin sakinlərinə güclü yağış yağacağı ilə bağlı xəbərdarlıq edib.
Aznews.az xəbər verir ki, qurumun yaydığı məlumata görə, sabah səhər saatlarından etibarən Mersin, Adana, Osmaniye, Hatay və Kahramanmaraş ətrafında lokal olaraq güclü yağış gözlənilir.
Xüsusilə Adananın şimal və şərq hissələrində, Kahramanmaraşın qərbində, Hatay və Osmaniye ətrafında isə çox güclü və şiddətli leysan yağışlarının olacağı proqnozlaşdırılır.
Türkiyə Daxili İşlər Nazirliyi, sel, su basqını, torpaq sürüşməsi, kiçik ölçülü dolu, ildırım, nəqliyyatda fasilələr və yağış zamanı güclü külək kimi mənfi hallara qarşı vətəndaşları diqqətli və ehtiyatlı olmağa çağırıb.