AZ

Maşınında silah tapılan Dalğa Plaza nın mühafizəçisi cəzalandırıldı

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Dalğa Plaza"da mühafizəçi işləyən Qalib Hüseynov (şərti) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, o, əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Qalib Hüseynovun avtomobilinə keçirilən baxış zamanı yük yerindən 1950-ci ildə keçmiş SSRİ-də istehsal olunmuş, sonradan kustar üsulla kəsilmiş və istifadəyə yararlı vəziyyətdə olan 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Həmçinin Qalib Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Cinayət işinə Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədrliyi ilə baxılıb. Məhkəmədə ifadə verən müttəhim törətdiyi əməldən peşman olduğunu da qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
avtosfer.az

1Mənbələr