AZ

Bakı Tbilisi qatarında bilet qiymətlərinə hansı tərəf qərar verir? Ekspert AÇIQLADI

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bakı–Tbilisi marşrutu üzrə sərnişin daşımalarında tariflərin formalaşdırılması yalnız bir tərəfin qərarı ilə müəyyən edilmir. Bu prosesdə həm Azərbaycan, həm də Gürcüstan ərazisində tətbiq olunan dəmir yolu infrastrukturu, lokomotiv və xidmət xərcləri, sərhəd-keçid prosedurları, texniki xidmət tələbləri və tranzit hesablamaları nəzərə alınır".

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı sosial şəbəkə hesabında paylaşım edib.

Ekspert bildirib ki, xüsusilə Gürcüstan tərəfi üzrə tranzit şərtlərinin və qarşılıqlı hesablaşmaların yekunlaşdırılması tariflərin dəqiq müəyyən edilməsini vaxt baxımından daha mürəkkəb edir. Onun sözlərinə görə, bu səbəbdən qiymətlərin açıqlanması prosesi bəzən kənardan göründüyündən daha uzun çəkə bilir.

Qeyd olunub ki, Bakı–Tbilisi reysi üzrə bilet qiymətləri bütün beynəlxalq istiqamətlərdə olduğu kimi, hesablaşmaların İsveçrə frankı əsasında aparılması səbəbindən valyuta məzənnəsindəki dəyişikliklərdən də asılı olur.

Eltac

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
1
avtosfer.az

7Mənbələr