AZ

Ürək sağlamlığı üçün ən təhlükəli qida vərdişi bəlliOLDU

Kardioloqlar ürək-damar sisteminə ən çox zərər vuran gizli təhlükə barədə xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, aparılan son araşdırmalarda ürək xəstəlikləri riskini artıran əsas amillərdən biri gizli duz və trans-yağların eyni anda yüksək olduğu yarımfabrikatların (kolbasa, sosis, dondurulmuş hazır qidalar) müntəzəm istehlakıdır.

Həkimlərin fikrincə, bu növ qidalar damarların elastikliyini itirməsinə və arterial təzyiqin xroniki olaraq yüksəlməsinə səbəb olur. Ekspert vurğulayıb ki, insanlar çox vaxt yeməyə əlavə etdikləri duza nəzarət etsələr də, hazır soslar, çipslər və konservləşdirilmiş məhsullarla bədənə daxil olan gizli duzun miqdarını unudurlar.

Ürəyi qorumaq üçün rasionda təbii ədviyyatlara, göyərtilərə və dəniz məhsullarına daha çox yer verilməsi tövsiyə olunur.

Xədicə BAXIŞLI

Seçilən
42
1
redaktor.az

2Mənbələr