AZ

Pendiri niyə strecdə saxlamaq olmaz?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Mətbəxdə ən tez xarab olan və formasını itirən süd məhsullarının başında kaşar pendiri gəlir. Çox vaxt aldığımız qablaşdırmada və ya sellofan torbada soyuducuya qoyduğumuz bu məhsul qısa müddətdə nəmlənir, yapışqan vəziyyətə düşür və ya kiflənir. Pendirin ilk günkü kimi təzə, ləzzətli qalmasını təmin etmək və israfın qarşısını almaq əslində çox sadədir.Demokrat.az xəbər verir ki, pendirin xüsusi saxlanılma üsulları açıqlanıb.Qeyd olunur ki, kaşar pendirini mağazadan alınan plastik qabda və ya adi torbada saxlamaq xarab olma prosesini sürətləndirir. Çünki hava keçirməyən paketlərin içində zamanla yüksək nəmlik yaranır. Bu rütubət isə kif göbələklərinin çoxalması üçün ən əlverişli mühit hesab olunur.Plastik qablaşdırmalar əvəzinə bişirmə kağızından, yəni yağlı kağızdan istifadə etmək ən sağlam alternativdir. Yağlı kağız pendirin havasız qalıb boğulmasının qarşısını alır, ətrafında normal hava dövranı yaradır. Eyni zamanda məhsulun səthindəki artıq nəmi çəkərək balanslaşdırır. Beləliklə, kaşar pendiri nə quruyub bərkiyir, nə də həddindən artıq islanaraq rezin kimi yapışqan bir təbəqəyə çevrilir. Düzgün hava və rütubət balansı sayəsində məhsul özünəməxsus qoxusunu və dadını ilk günkü kimi qoruyur.Bunun üçün kaşar pendirini yağlı kağıza yaxşıca bükmək lazımdır. Daha sonra bu şəkildə qapaqlı, hava balansı təmin edən bir saxlama qabına yerləşdirib soyuducuya qoymaq olar. Bu ikili üsul pendirin ömrünü ciddi şəkildə uzadır.Mətbəxdə kaşar pendiri ilə bağlı təcrübəni daha gigiyenik və uzunmüddətli etmək üçün bu praktik üsulları da tətbiq edə bilərsiniz. Pendiri yağlı kağıza büküb qaba qoyduqdan sonra içəri bir ədəd qənd atın.Qənd qabın daxilində yarana biləcək artıq rütubəti özünə çəkərək kiflənməni tamamilə dayandırır.Pendiri hər kəsəndə mütləq tamamilə təmiz və quru bıçaqdan istifadə edin. Üzərində yemək qalığı olan və ya nəm bıçaqlar mikrob daşıyaraq tez xarab olmağa yol açır.Məhsulun hamısını birdən dilimləyib soyuducuya qoymayın. Doğranmış pendirin hava ilə təmas sahəsi artdığı üçün daha tez quruyur. Sırf həmin an yeyəcəyiniz hissəni kəsin.Əgər əlinizdə qısa müddətdə bitirə bilməyəcəyiniz qədər böyük bir tikə varsa, onu sürtgəcdən keçirib dondurucu paketlərinə doldurun və buzluğa atın. Pizza, tost və ya şorbalar üçün istədiyiniz vaxt çıxarıb əriməsini gözləmədən birbaşa istifadə edə bilərsiniz.Yağlı kağızınız yoxdursa, təmiz bir tənzifi bir neçə damcı alma sirkəsi ilə yüngülcə nəmləndirib pendiri ona bükmək mümkündür. Sirke təbii qoruyucu kimi kif əmələ gəlməsinin qarşısını alır və məhsulun dadını pozmur.Hansı üsuldan istifadə etməyinizdən asılı olmayaraq, soyuducudakı pendiri mütəmadi yoxlayın. Rəngində, qoxusunda, dadında və ya quruluşunda qeyri-adi bir dəyişiklik, turşuma və ya aşkar xarab olma əlaməti görsəniz, sağlamlığınız üçün onu qətiyyən yeməyin.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
demokrat.az

1Mənbələr