AZ

Skuter və motosiklet toqquşdu; hər iki sürücü ağır yaralandı VİDEO

Avtosfer saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Paytaxtda elektrikli skuterin və motosikletin iştirakı ilə qəza baş verib. Avtosfer.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskva şəhərində baş verən hadisə müşahidə kamerasına düşüb.

Belə ki, Leninqrad şosesinin köməkçi yolunda elektrikli skuter idarə edən yeniyetmə yolu təyin olunmamış yerdən keçməyə cəhd edib və bu zaman yüksək sürətlə hərəkətdə olan motosikletlə toqquşub.

Zərbənin gücündən hər iki sürücü havaya qalxaraq asfalta çırpılıblar.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb. Hər iki sürücü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Sözügedən hadisənin görüntülərini təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
avtosfer.az

1Mənbələr