AZ

“Mançester Siti” xal itirib, “Arsenal” 22 il sonra İngiltərə çempionu olub

Bakı, 20 may, AZƏRTAC

İngiltərə Premyer Liqasında 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, “Arsenal” 22 il sonra ölkə çempionu adını qazanıb.

Buna London klubunun ən yaxın izləyicisi "Mançester Siti"nin XXXVII turda səfərdə "Bornmut"la 1:1 hesablı heç-heçə etməsi səbəb olub. Bu nəticədən sonra "şəhərlilər" sona 1 tur qalmış 82 xalı olan liderdən 4 xal geri düşüblər.

Bununla da "Arsenal" vaxtından əvvəl çempionluğu təmin edib.

Qeyd edək ki, "Arsenal" sonuncu dəfə 2003/2004-cü illər mövsümündə Premyer Liqanın qalibi olub.

Seçilən
81
15
azertag.az

10Mənbələr