AZ

Ukrayna yeni dron strategiyası ilə Rusiyanın hava müdafiəsini zəiflədib

Mayın 17-nə keçən gecə Moskvaya 600-ə yaxın dronla həyata keçirilən tarixi zərbə yeni taktikanın kulminasiyası olub...

Poliqon xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin yeni strategiyası rus neft emalı zavodlarına, limanlarına və hərbi müəssisələrinə qarşı geniş miqyaslı bombardmanlara imkan yaradıb. Reuters Agentliyinin məlumatına gğrə, bu strategiyanın zirvəsi mayın 17-nə keçən gecə Moskva və ətraf bölgələrə 600-ə yaxın dronla endirilen, tarixdəki ən böyük pilotsuz aparat zərbəsi oldu.

Orta mənzilli yeni dronlar Rusiyanın sərhədyanı rayonlarında yerləşən hava müdafiə sistemlərini ciddi şəkildə "seyrəldib". Hərbi analitiklər belə zərbələrin tək başına müharibənin gedişatını dəyişdirə bilməyəcəyini hesab etsə də, onların həm müharibənin gedişatına, həm də münaqişənin dinamikasına təsir etdiyini qeyd edirlər.

Reuters-ə açıqlama verən iki ukraynalı komandan, iki dron mütəxəssisi və üç hərbi analitik bildirib ki, son aylarda Ukrayna Silahlı Qüvvələri cəbhə xəttindən təxminən 30-200 km arxada yerləşən zonaya — orta mənzil hədəflərinə — getdikcə daha çox resurs yönəldir. Dronlarla hava müdafiə sistemlərini və cəbhəni təchiz edən arxa obyektləri məhv etməklə Ukrayna rus qoşunlarının irəliləyişinin qarşısını alır və neft emalı zavodlarını, neft anbarlarını, limanları, hərbi zavodları hədəf alan uzaqmənzilli pilotsuz aparatlar və raketlər üçün yol açır.

Poliqon.info

Seçilən
44
poliqon.info

1Mənbələr