AZ

Faydasız bilinib zibilliyə atılırdı Arıqlamaq istəyənlər üçün möcüzəvi qida imiş

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Yaz və yay aylarında mətbəxdə çox vaxt diqqətdən kənarda qalan, birbaşa tullantıya atılan bəzi tərəvəz yarpaqlarının əslində olduqca faydalı olduğu məlum olub.Demokrat.az xəbər verir ki, qidalanma üzrə mütəxəssislərin sözlərinə görə, xüsusilə qırmızı çuğundurun saplaq və yarpaqları vitamin və minerallarla zəngindir. Evdə yemək hazırlanarkən əksər hallarda kəsilib atılan bu hissələr sağlamlıq üçün ciddi fayda verir.Mütəxəssislər bildirirlər ki, çuğundur yarpaqları immun sistemini gücləndirir, həmçinin çəkiyə nəzarətdə mühüm rol oynayır.Bu yarpaqların tərkibində kalsium, dəmir, kalium, maqnezium və mis kimi vacib minerallar mövcuddur. Eyni zamanda C və E vitaminləri, beta-karotin, lutein və zeaksantin kimi güclü antioksidantlarla zəngindir.Həmin maddələr göz sağlamığını qorumağa kömək edir, hüceyrələrin zədələnməsinin qarşısını alır.Mütəxəssislərin qiymətləndirməsinə görə, çuğundur yarpaqları damarların genişlənməsinə kömək edən nitrat birləşmələri ilə də zəngindir. Bu isə qan dövranını yaxşılaşdırır və təzyiqin normada qalmasına dəstək verir.Aşağı kalorili olması da bu qidanın əsas üstünlüklərindən biridir. Belə ki, 100 qram çuğundur yarpağında təxminən 25 kalori var. Liflə zəngin olduğu üçün uzun müddət toxluq hissi yaradır və arıqlamaq istəyənlər üçün uyğun seçim hesab olunur.Qidalanma üzrə mütəxəssislər çuğundur yarpaqlarının şorba, salat və smuzi kimi müxtəlif yeməklərə rahatlıqla əlavə oluna biləcəyini bildirirlər. Bu da onların gündəlik qida rasionuna asan şəkildə daxil edilməsinə imkan yaradır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
demokrat.az

1Mənbələr