AZ

Premyer Liqa: “Arsenal”ın 14-cü çempionluğu rəsmiləşdi! – ARENA.AZ

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 37-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.

“Çelsi” London derbisində “Tottenhem”i qəbul edib və qalib gəlib. “Bornmut” isə çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” ilə qarşılaşıb. “Şəhərlilər” bu oyunda xal itirməklə çempionluq şanslarını itiriblər. Belə ki, “Arsenal” sona bir tur qalmış MS üçün əlçatmaz olub və çempionluğunu rəsmiləşdirib.

Hazırda “Arsenal” 82 xalla vahid liderdir. “Mançester Siti” 78 xalla ikinci, “Mançester Yunayted” 68 xalla üçüncü pillədə qərarlaşıb. “Aston Villa” 62, “Liverpul” 59, “Bornmut” 56, “Brayton” 53, “Çelsi” və “Brentford” 52 xal toplayıblar.

Sonda onu da xatırladaq ki, “Arsenal” çempion olmaqla 22 illik həsrətinə son qoyub. Bu komanda sonuncu dəfə 2003/2004-cü illər mövsümündə İngiltərə çempionu olmuşdu. Bütövlükdə isə bu, “topçular”ın 14-cü çempionluğudur!

İngiltərə, Premyer Liqa
37-ci tur

15 may

Aston Villa – Liverpul 4:2
Qollar: M.Rocers, 42. O.Uoktins, 57; 73. Makqinn, 89 – Van Deyk, 52; 90+2.

17 may

Mançester Yunayted – Nottingem Forest 3:2
Qollar: Şou, 5. Kunya, 55. Mbömo, 76 – Morato, 53. Gibbs-Uayt, 78.

Brentford – Kristal Pelas 2:2
Qollar: Uattara, 40; 88 Sarr, 6-pen. Uorton, 52.

Everton – Sanderlend 1:3
Qollar: Rohl, 43 – Brobbi, 59. Le Fi, 81. İsidor, 90+1.

Lids – Brayton 1:0
Qol: Kalvert-Lyuin, 90+6.

Vulverhempton – Fulhem 1:1
Qollar: Mane, 25 – Robinson, 45+3-pen.

Nyukasl – Vest Hem 3:1
Qollar: Voltemade, 15. Osula, 19; 65 – Kastelyanos, 69.

18 may

Arsenal – Börnli 1:0
Qol: Haverts, 37.

19 may

Bornmut – Mançester Siti 1:1
Qollar: Krupi, 39 – Haland, 90+5.

Çelsi – Tottenhem 2:1
Qollar: E.Fernandes, 18. A.Santos, 67 – Riçarlison, 74.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
4
8
arena.az

10Mənbələr