“Leypsiq”in vingeri Yan Dyomande futbol üzrə Almaniya Bundesliqasında 2025/2026-cı illər mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.
Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.
Bu, 19 yaşlı ivuarlı ilk müvafiq qənimətidir. O, artıq geridə qalmış mövsümdəki parlaq çıxışı ilə artıq dünyanın aparıcı klublarının diqqət mərkəzinə düşməyi də bacarıb
Yan Dyomande peşəkar karyerasına İspaniyanın “Leqanes” klubunda başlayıb. “Leypsiq” onu 2025-ci ilin yayında 20 milyon avro məbləğ müqabilində məhz İspaniya klubundan transfer edib. 19 yaşlı cinah hücumçusu Almaniya klubunun heyətində indiyə qədər 36 oyuna çıxıb, 13 qol vurub, 10 məhsuldar ötürmə verib.
Kot-d’İvuarın U-17 və U-23 yığmalarında da oynamış Dyomande 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 9 oyun keçirib, 3 qola imza atıb.
“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.
