AZ

Yenidən… yenə də!

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ”ın çempionluq tədbirinə Elvin Cəfərquliyev qatılmayıb… yoxsa dəvət edilməyib?

Fərqi yoxdur, artıq futbolçu üçün pis mənzərə hazırdır.

Təəssüf…

Son 3-4 ilin ən parlaq adlarından biri Elvin idi. Əksəri onu millinin hazırkı heyətinin ən yaxşısı hesab edir(di).

İndi Elvin instagram “storilərində” atmacalı paylaşımları ilə daha çox gündəmə gəlir.

Tədbirdə çıxışı zamanı Qurban Qurbanov, “Qarabağ”ın çəkisi çox ağırdır” ifadəsi işlədib. Güman ki, başda Elvin olmaqla, bu mövsümün ortalarından bu yana tarazlığını itirən “atlılar”ın əksər üzvünə göndərilmiş ismarış idi.

“Qarabağ” özünü doğrultmuş bir sistemdir və illərlə qazanılmış zəngin təcrübə ilə cild dəyişə, yenidən toparlana bilər. Ancaq Elvin kimi dağınıq, bir az da ağır ifadə etsək, etibarsız xarakter(lər) öz istedadına xəyanət edəcək…

Elvin kimisini yetişdirmək asan deyil, itirilməsi asan başa gəlməməlidir.

Bu gün bu futbolçunu tənqid etməyə, cəzalandırmağa və əfsus ki, bu ağır ifadəni işlətməyə məcburuq – “silib atmağa” haqqı çatan adam elə Qurbanovdur. Neçənci dəfədir, o səhv edir, Qurbanov hətta hamıya inad müdafiə edirdi.

İdman xəyanəti, intizamsızlığı sevmir. Mütləq bir gün “burnundan gətirir”…

Elvinin atmacalara baş qatmadan, toparlanıb meydana geri dönəcəyini, özünü yenidən sübut edəcəyini gözləyən və hətta arzu edən onminlərlə azarkeş var.

Nataraz xarakterinə görə linç edilən Elvin geridönüşü ilə nümunə ola biləcəkmi? Özü hamıdan yaxşı bilər. İnadı, inamı və imanı köməyi olsun. Vaxt gedir…

Elçin Cəlilov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
futbolpress.az

1Mənbələr