AZ

Pakistanlı mütəxəssis: Bakıda infrastrukturun sürətlə yenilənməsi digər ölkələr üçün nümunədir

Bakı, 20 may, AZƏRTAC

Yaşıl enerji müasir şəhərlərin inkişafında çox vacib rol oynayır. Çünki şəhərlər və mənzil sektoru enerji istehlakının əsas hissəsini təşkil edir.

Bunu AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən

Pakistanın Pəncab əyalətinin Əlçatan Mənzil Proqramının direktoru İmran Ali Sultan deyib.

O bildirib ki, nəqliyyat, tikinti materialları və yaşayış binalarında uzun illər fosil yanacaqlardan istifadə olunub: "Bu sahədə aşağı karbonlu tikinti materialları, günəş və külək enerjisi, həmçinin ekoloji nəqliyyat sistemləri vacib rol oynayır. Şəhər mobilliyində dayanıqlı yanaşmalar gələcəyin əsas istiqamətlərindən biridir"

İmran Əli, həmçinin Azərbaycanın nəqliyyat və logistika infrastrukturuna yatırdığı investisiyaların da çox önəmli olduğunu deyib. Bildirib ki, Bakıda ictimai nəqliyyatın inkişafı, piyadayönümlü mühit və şəhər infrastrukturundakı dəyişikliklər onu çox təsirləndirib: "Ən maraqlı məqamlardan biri odur ki, Bakıda son 10 ildə şəhər infrastrukturu sürətlə yenilənib. Bu, digər ölkələr üçün də ilhamverici nümunədir".

Müxbirlər - Günel Türksoy, Günel Alıyeva

Seçilən
18
2
azertag.az

3Mənbələr