AZ

15 nəfərin öldüyü təyyarə qəzasının- Anbaan görüntüləri

ABŞ-də ötən ilin noyabrın 5-də Kentukki ştatında 15 nəfərin ölümünə səbəb olan təyyarə qəzası ilə bağlı yeni təhlükəsizlik kamerası görüntüləri yayımlanıb.

Bizim.Media xəbər verir ki, kadrlarda havaya qalxan yük təyyarəsində ciddi nasazlıq baş verdiyi anlar əks olunub. Görüntülərdə sol mühərrikin qalxış zamanı sıradan çıxdığı və alovlandığı görünür.
 

Qeyd edək ki, qəza UPS şirkətinə məxsus “McDonnell Douglas MD-11” tipli yük təyyarəsinin Luisvill Beynəlxalq Hava Limanından qalxışından cəmi bir neçə saniyə sonra baş verib. Təyyarə hava limanı yaxınlığındakı yaşayış ərazisinə çırpılıb.


Məlumata görə, təyyarədə üç ekipaj üzvü olub və ümumilikdə hadisə nəticəsində azı 15 nəfər həyatını itirib.


Bizim.Media

Seçilən
6
4
bizim.media

5Mənbələr