AZ

Vens İranla "əbədi müharibə" ehtimalını qiymətləndirdi

ABŞ-ın vitse-prezidenti C.D. Vens, Vaşinqtonun İrana qarşı mümkün hərbi əməliyyatının "əbədi müharibəyə" çevrilməyəcəyini bildirib. Oxuməni.az xəbər verir ki, onun sözlərini “Reuters” yayıb.

"Bu, əbədi müharibə deyil. Biz işimizi görəcəyik və evə qayıdacağıq", - deyə siyasətçi bildirib.

Daha əvvəl Vens elan etmişdi ki, Vaşinqton saziş bağlamaq üçün İrana qarşı danışıqlarda artıq əhəmiyyətli irəliləyiş əldə edib. Lakin hərbi kampaniyanın yenidən başlanması mümkündür.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp, Birləşmiş Ştatların gələn cümə günü və ya sonrakı günlərdə İrana zərbələr endirməyə başlaya biləcəyini bildirmişdi.

Almaz Həsənli

Seçilən
26
1
oxumeni.az

2Mənbələr