AZ

"Dünyada bir milyard insan qanunsuz tikililərdə yaşayır" -

“UN-Habitat-ın qiymətləndirmələrinə görə, hazırda dünyada təxminən bir milyard insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır”.Mətbuat.az-ın müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü gününün 13-cü sessiyası çərçivəsində bildirib. Onun sözlərinə görə, UN-Habitat üçün bu proseslərin daha dərindən öyrənilməsi olduqca vacibdir. Çünki dünyanın müxtəlif regionlarında qeyri-rəsmi yaşayış məntəqələri fərqli formalarda mövcuddur.“Bu sahədə böyük müxtəliflik mövcuddur və bizim üçün fərqli yanaşmaları anlamaq, hökumətlərin bu problemləri necə həll etdiyini izləmək kritik əhəmiyyət daşıyır. Maliyyələşmə isə, şübhəsiz ki, bu müzakirələrin ən vacib aspektlərindən biridir. Bu sessiya mənim üçün xüsusilə önəmlidir”, – deyə icraçı direktor vurğulayıb.A.Rossbax qeyd edib ki, onun bu sahədəki şəxsi təcrübəsi doğma ölkəsi Braziliyada illərlə apardığı fəaliyyətə, eləcə də Slum Dwellers International təşkilatında qlobal səviyyədə gördüyü işlərə əsaslanır. O bildirib ki, fəaliyyəti boyunca həm təşkilatlanmış icmalar, həm də bu sahəyə investisiya yatıran dövlətlərlə əməkdaşlıq edib.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
6
metbuat.az

1Mənbələr