AZ

Mikayıl Cabbarov: “Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı böyük şəhərlərdə mənzil sektoruna təzyiqi azaldır”

Mikayıl
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin mərhələli şəkildə qayıdışı ölkədə mənzil təminatı sahəsində mühüm irəliləyişə səbəb olub”. 1news.az-ın müxbiri xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının dördüncü günü çərçivəsində çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, 2020-ci ildən sonrakı dövr əsasən Böyük Qayıdış Proqramı ilə xarakterizə olunur. O bildirib ki, 30 ildən artıq müddətdə məcburi köçkün statusunda yaşamış minlərlə insanın doğma torpaqlarına qayıtması iri şəhərlərdə mənzil sektoruna düşən təzyiqin azalmasına töhfə verir. Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycanın bu istiqamətdə əsas yanaşması əvvəlcə problemin rəsmi şəkildə tanınması, daha sonra isə siyasi, sosial və iqtisadi amillər nəzərə alınmaqla uyğun həll modelinin hazırlanmasından ibarət olub.

Nazir qeyd edib ki, uğurlu nəticənin əldə olunması üçün yerli icmaların dəstəyi, dövlətin siyasi iradəsi və özəl sektorun iştirakı ilə dayanıqlı iqtisadi mexanizmin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Seçilən
19
1news.az

1Mənbələr