AZ

Karapetyanın qardaşı oğlu da xarici ölkə vətəndaşı çıxdı

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Ermənistan İstintaq Komitəsi “Güclü Ermənistan” Partiyasının lideri, hazırda həbsdə olan rusiyalı milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın da xarici ölkə vətəndaşı olduğunu aşkara çıxarıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Qeyd edək ki, Samvel Karapetyan həbsdə olduğuna görə partiyanın və “Güclü Ermənistan” seçki blokunun idarə olunması işləri ilə Narek Karapetyan məşğul olur. 

Bunu “Ermənistan İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsi Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin polisindən daxil olduğu iddia olunan cinayət hadisəsi barədə məlumat əsasında müəyyən edib. "Belə ki, 7 iyun 2026-cı ildə parlamentə keçiriləcək növbəti seçkilərdə “Güclü Ermənistan” blokunun birinci nömrəsi altında namizədliyi irəli sürülən deputatlığa namizəd Narek Karapetyan yalan məlumat verildiyi təqdirdə qanunla nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edildikdən sonra xarici vətəndaşlığın olması və ya keçmişdə mövcudluğu barədə məlumatları qəsdən gizlədib. 

Yəni o, Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə başqa dövlətin vətəndaşı olmadığını bildirən yalan ərizə təqdim edib və bununla da onun vəzifəli şəxs statusu almasına mane olan xarici vətəndaşlığı haqqında məlumatları gizlədib”,-deyə İstintaq Komitəsi qeyd edir. 

Məlumat əsasında Ermənistan İstintaq Komitəsinin İrəvan şəhər İstintaq İdarəsi Cinayət Məcəlləsinin 449-cu maddəsinin 1-ci hissəsi ilə (rəsmi statusun əldə edilməsinə və ya saxlanmasına mane olan məlumatların gizlədilməsi) cinayət işi qaldırıb. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr