AZ

Rusiyanın Ukraynaya yeni hücumları: Ölən və yaralılar var

Çərşənbə axşamı, 20 may gecəsi Rusiya Ukraynaya qarşı daha bir hava hücumu təşkil edib. Ölən və yaralananlar var.

Dnepropetrovsk Regional Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja özünün Telegram kanalında Dnepr şəhərində iki nəfər öldüyünü beş yaralının xəstəxanaya yerləşdirildiyini, onlardan üçünün ağır vəziyyətdə olduğunu yazıb.

Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov dörd nəfərin yaralandığını və onlar arasında 2 yaşlı oğlan və 12 yaşlı qız olduğunu yazıb.  Fedorovun sözlərinə görə, zərbə şəxsi evi hədəf alıb.

Sumı meri  Artem Semenixin çoxmərtəbəli binanın vurulduğunu bildirib. Mer O, insanların dağıntılar altında qalma ehtimalını istisna etməyib. Daha sonra Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFX) Konotop şəhərinə hücum zamanı beşmərtəbəli binanın uçduğunu dəqiqləşdirib. Zərbə nəticəsində ikinci mərtəbədən dördüncü mərtəbəyə qədər mərtəbələr dağılıb, səkkiz nəfər xəsarət alıb və üç nəfər xilas edilib.

Rusiyanın pilotsuz təyyarələri Şostka icmasına zərbələr endirib, rayon xəstəxanasına ziyan vurub, inzibati binaların, evlərin və mənzillərin pəncərələrini sındırıb və muzeyi dağıdıb.

Odessa Şəhər Hərbi Administrasiyasının və DFX-nin rəhbəri Sergey Lısak Rusiyanın hücumu nəticəsində bir neçə yaşayış binası və avtomobilin zədələndiyini bildirib.

 

 

Seçilən
52
herbiand.az

1Mənbələr