AZ

İran XİN rəhbəri ABŞ-yə xəbərdarlıq etdi - “Müharibə yenidən başlasa, sürprizlər olacaq”

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə mümkün yeni hərbi qarşıdurma barədə sərt xəbərdarlıq edib.

Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi özünün “X” sosial media hesabında paylaşım edib.

O bildirib ki, İranla müharibənin başlamasından aylar sonra ABŞ Konqresi milyardlarla dollar dəyərində bir neçə təyyarənin itirildiyini etiraf edib və İran silahlı qüvvələrinin F-35 qırıcısını vuran ilk qüvvələrdən biri olduğu açıqlanıb.

Əraqçı qeyd edib ki, əldə edilən təcrübə və biliklər nəzərə alınaraq, müharibənin yenidən başlaması halında daha çox sürprizlərin olacağı gözlənilir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
44
missiya.az

1Mənbələr