AZ

İrandan ABŞ və İsrailə xəbərdarlıq: Təbii ki, sarsıdıcı zərbələr endiriləcək​​​​​​​

İrandan

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) bəyan edib ki, ABŞ və İsrail İslam Respublikasına yenidən hücum edəcəyi təqdirdə, hərbi əməliyyatlar zonası genişlənəcək və Yaxın Şərq regionunun hüdudlarından kənara çıxacaq.

Xalqcebhesi.az xəbər verir ki, "Fars" agentliyinin bəyanatdan sitat gətirdiyi hissədə deyilir:

"İrana qarşı təcavüz təkrar olunarsa, əvvəllər xəbərdarlığı edilən regional müharibə bu dəfə regionun hüdudlarından çox-çox kənara çıxacaq və təsəvvür belə edə bilməyəcəyiniz yerlərə endirəcəyimiz sarsıdıcı zərbələr sizə ağır məğlubiyyət yaşadacaq".

SEPAH-dan həmçinin qeyd ediblər ki, keçmiş silahlı qarşıdurmalar zamanı İran Silahlı Qüvvələri öz potensialından tam şəkildə istifadə etməyib.

Məryəm Quliyeva

Seçilən
25
1
xalqcebhesi.az

2Mənbələr