AZ

WUF13 tədbirlərinin keçirilməsində məqsəd nədir? RƏSMİ AÇIQLAMA FOTO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) nümayəndəsi, Banqladeşdən olan Fariba Alan bu il Bakıda keçirilən “World Urban Forum 13”də iştirak edib və tədbirlə bağlı təəssüratlarını bölüşüb.

Avtosfer.az-a müsahibəsində bildirib ki, Azərbaycan və xüsusilə Bakı şəhəri onun üçün çox müsbət təsir bağışlayıb. Fariba Alan qeyd edib ki, Bakıda urbanizasiya prosesləri planlı və sistemli şəkildə həyata keçirilir, şəhərin inkişafında müasir şəhərsalma yanaşmaları aydın şəkildə görünür. Onun sözlərinə görə, Bakı bu cür qlobal tədbirə ev sahibliyi etmək baxımından ən uyğun şəhərlərdən biridir və burada yaradılan mühit beynəlxalq iştirakçılar üçün həm rahat, həm də nümunəvi xarakter daşıyır.

Fariba Alan həmçinin vurğulayıb ki, bu il “World Urban Forum 13” əsasən “hamı üçün adekvat mənzil” və “yaşayış təminatının əlçatanlığı” mövzusuna həsr olunub. Onun sözlərinə görə, forum çərçivəsində minlərlə tədbir, panel müzakirəsi və yan sessiyalar keçirilir və əsas məqsəd bütün insanlar üçün yaşayış imkanlarının genişləndirilməsi istiqamətində konkret həll yollarının tapılmasıdır.

Fariba Alan müsahibəsində müasir dünyada mənzil probleminin qlobal xarakter daşıdığını, bu səbəbdən də beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. O qeyd edib ki, “heç kəsi kənarda qoymamaq” prinsipi yalnız siyasi bəyanat səviyyəsində deyil, real şəhərsalma və sosial siyasətlərdə də tətbiq olunmalıdır.

O əlavə edib ki, hazırkı dövrdə şəhərlərin sürətli inkişafı ilə yanaşı, mənzil təminatı və sosial infrastruktur məsələləri də paralel şəkildə həll edilməlidir. Fariba Alanın sözlərinə görə, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün bu sahədə təcrübə mübadiləsi və maliyyə institutları ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır.

Sonda Fariba Alan vurğulayıb ki, “World Urban Forum 13” yalnız müzakirə platforması deyil, eyni zamanda real həllərin formalaşdırıldığı qlobal bir mərkəzdir. Onun sözlərinə görə, burada aparılan müzakirələr gələcək şəhər siyasətlərinə və dayanıqlı inkişaf modellərinə ciddi təsir göstərə bilər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
avtosfer.az

1Mənbələr