AZ

Ramil Cahangirov: Azad edilən ərazilərdə bərpa işləri müasir şəhərsalma prinsipləri əsasında aparılır

Azərbaycanda münaqişədən zərərçəkmiş və işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad olunmuş ərazilərdə lahiyə idarəedilməsi üzrə şöbə müdiri Ramil Cahangirov Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Böhran Sonrası Qayıdış üçün Mənzil: Davamlı Həllərin Təmin Edilməsi" adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, işğal dövründə həmin ərazilər genişmiqyaslı dağıntılara məruz qalıb və bölgələr təxminən 30 il ərzində ciddi tənəzzül yaşayıb:

"İşğal nəticəsində doğma torpaqlarını tərk etməyə məcbur olan insanlar uzun illər məcburi köçkün həyatı yaşayıblar. Dövlət tərəfindən onlara müxtəlif dəstək tədbirləri göstərilsə də, onlar öz yurdlarına bağlılıqlarını qoruyub saxlayıblar və müharibədən sonra geri qayıtmaq istəklərini ifadə ediblər. Müharibədən sonra hökumət tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma prosesinə start verilib. Söhbət yalnız bir neçə şəhərin deyil, yüzlərlə kənd və yaşayış məntəqəsinin yenidən qurulmasından gedir".

R. Cahangirov qeyd edib ki, bərpa prosesi koordinasiyalı qərargah vasitəsilə həyata keçirilir və bu işə müxtəlif nazirliklər, dövlət qurumları və aidiyyəti strukturlar cəlb olunub:

"Ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi əsas prioritet istiqamətlərdən biridir. Yenidənqurma işləri müasir şəhərsalma prinsipləri əsasında aparılır və uzunmüddətli, dayanıqlı inkişafı nəzərdə tutan geniş inkişaf sənədləri hazırlanıb".

Seçilən
10
far.az

1Mənbələr