AZ

Paşinyandan Rusiya ilə bağlı vacib açıqlama: 2018-ci ildən bəri 200 dəfə...

Ermənistan Rusiyanın maraqlarına zərər verə biləcək heç bir addım atmayacaq.

Publika.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 20-də Lori rayonunun Şnoq kəndində hakim “Mülkü Müqavilə” Partiyasının seçki kampaniyası zamanı bildirib.

“Rusiya ilə münasibətlərimizdə heç bir kəskin addım atmayacağıq. Rusiya prezidenti ilə dostluq münasibətlərim var. 2018-ci ildən bəri təxminən 200 dəfə telefon danışığımız olub. Rusiyaya münasibətimiz çox istidir”, - deyə Paşinyan əmin edib.

O, əlavə edib ki, Rusiya supergücdür və ona hörmətlə yanaşmaq lazımdır.

Seçilən
9
publika.az

1Mənbələr