AZ

İstanbulda beynəlxalq axtarışda olan şəxs ƏLƏ KEÇİRİLDİ – VİDEO

Almaniyanın beynəlxalq axtarışa verdiyi narkokartel rəhbəri İstanbulda saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Almaniya tərəfindən beynəlxalq axtarışa verilən narkokartel rəhbəri V.B. İstanbulda keçirilən xüsusi əməliyyat nəticəsində ələ keçirilib.

Məlumata görə, saxlanılan şəxs Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib.

V.B.-nin uzun müddətdir ki, beynəlxalq səviyyədə narkotik qaçaqmalçılığı ilə məşğul olduğu və buna görə Almaniya tərəfindən axtarıldığı bildirilir.

Saxlanılan şəxsin Almaniyaya ekstradisiya edilməsi üçün hüquqi prosedurlara başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
40
interpress.az

1Mənbələr