AZ

1 milyon avro girov məbləği müqabilində sərbəst buraxıldı

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gün həbs edilən “Mango” moda şəbəkəsinin vəfat edən qurucusu İsak Andikin oğlu Conatan Andik sərbəst buraxılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, o, dindirildikdən sonra 1 milyon avro girov məbləği müqabilində sərbəst buraxılıb.

C.Andikə İspaniyanı tərk etmək qadağan olunub, pasportunu təhvil verməsi və mütəmadi olaraq məhkəmədə qeydiyyatdan keçməsi tələb edilib.

Qeyd olunub ki, onun ailəsi və vəkili Andikin günahsız olduğunu bildiriblər.

Hazırda məhkəmə sözügedən cinayət işini mümkün qətl kimi araşdırır. Materiallarda Conatan Andikin ifadələrində ziddiyyətlər, ekspertiza nəticələri və yıxılma şəraiti ilə bağlı suallar qeyd olunur.

“Mango” şirkəti isə hadisənin cinayət işi hissəsi ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, İspaniyanın ən varlı adamlarından olan İsak Andik 2024-cü ilin dekabrında Barselonanın Kolbato şəhərindəki Salnitre mağaralarında oğlu Conatanla gəzərkən uçurumdan yıxılıb.

Ötən ilin oktyabr ayında biznesmenin oğlu atasının ölümü ilə bağlı şübhəli şəxs qismində cəlb edilmişdi.

Türkəsilli iş adamı İsak Andik 1984-cü ildə qardaşı Nahmanın köməyi ilə Barselonada “Mango”nu qurub. O, 40 il “Mango”nun direktoru olub. “Mango”nun dünya üzrə təxminən 2900 satış məntəqəsi var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
2
qafqazinfo.az

3Mənbələr