İran İslam Respublikasına məxsus uranın Rusiya Federasiyasına verilməsi məsələsi danışıqların gündəmindədir.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ağ Evdə keçirilən brifinqdə açıqlama verib.
“Əgər zənginləşdirilmiş uranın Rusiyaya verilməsindən danışsaq, bu məqamlar dialoq çərçivəsində müzakirə olunur”, - deyə Vens bildirib .
Onun sözlərinə görə, İran tərəfi özü ünsiyyət prosesində bu məsələni irəli sürməyib: “Məncə, bu, iranlılarda böyük həvəs yaradacaq bir məsələ deyil”, - deyə Vens qeyd edib.