AZ

Anar Bağırov: İdman obyektləri ictimai həyata inteqrasiya edilməlidir

İdman obyektlərinin düzgün və effektiv şəkildə qurulması üçün bu sahənin peşəkar mütəxəssisləri ilə məsləhətləşmək vacibdir.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Anar Bağırov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Şəhərlər oyun meydançaları kimi: İdman inklüziv və dayanıqlı şəhərlərin əsas hərəkətverici qüvvəsinə çevrilsəydi, necə olardı?" adlı tədbirdə çıxışı zamanı deyib.

O vurğulayıb ki, həmin məkanlar insanların real istifadəsinə uyğun planlaşdırılmalıdır:

"Eyni zamanda, təkcə infrastrukturun mövcudluğu kifayət etmir. Bu obyektlər aktiv şəkildə istifadə olunmalı, ictimai həyata inteqrasiya edilməlidir. Məhz burada Milli Olimpiya Komitələri və idman federasiyaları ön plana çıxır".

A.Bağırov bildirib ki, parklarda təşkil olunan Olimpiya Günü tədbirləri, kütləvi yarışlar, uşaqlar və gənclər üçün açıq məşqlər bu prosesin əsas hissəsidir.

"Beləliklə, şəhərlər və dövlət qurumları infrastruktur və əlçatanlıq təmin edir, idman təşkilatları isə məzmun, məşqçi dəstəyi və ictimai iştirakçılığı formalaşdırır. Şəhərlər və idman institutları ortaq məsuliyyət anlayışı ilə hərəkət etdikdə, idman sadəcə tədbir deyil, gündəlik şəhər həyatının ayrılmaz hissəsinə çevrilir".

Seçilən
26
far.az

1Mənbələr