Ebola epidemiyası yüksək hərarət, halsızlıq və əzələ ağrıları ilə başlayır.
Qaziler.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya həkim-epidemioloq, Rusiya Elmlər Akademiyasının (REA) akademiki Gennadi Onişşenko danışıb.
O qeyd edib ki, sonradan simptomlar daha da ciddiləşir.
Mütəxəssis izah edib ki, epidemiyaya yoluxanların təxminən yarısı hemorragik səpkilərdən, həmçinin damaq və burun qanamalarından əziyyət çəkir. O, xəstəliyin inkubasiya dövrünün 2 gündən 21 günədək davam edə biləcəyini xatırladıb.
Onişşenko xəstəliyin təbii ocaqları olan Qərbi Afrika ölkələrinə səyahətlərdən çəkinməyə çağırıb.
Onun sözlərinə görə, infeksiyanı ölkəyə gətirməyin ən asan yolu turist uçuşlarıdır.
QAZİLER.AZ