AZ

Abbas Əraqçi Nyu-Yorka dəvət olundu


İranın xarici işlər naziri Abbas Əraqçi də 26 mayda Nyu-Yorkda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına dəvət olunub.
Yeniavaz.com
ISNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi bildirib.
O qeyd edib ki, iclas sülh və təhlükəsizlik məsələlərinə həsr olunub:
“Çinin BMT Təhlükəsizlik Şurasına rotasiya qaydasında sədrliyi və Pekinin xarici işlər nazirlərinin xüsusi görüşünü keçirmək planları nəzərə alınmaqla, ölkəmizin xarici işlər naziri də sözügedən iclasa dəvət alıb”.
Seçilən
28
yeniavaz.com

1Mənbələr