AZ

"Araz çayı üzərində körpünün tikintisi də yekunlaşmaq üzrədir" -

"Zəngəzur dəhlizi layihəsi bölgənin iqtisadi inkişafını gücləndirəcək əsas amillərdən biridir. Tarixən bu ərazilər mühüm ticarət yolları üzərində yerləşib və Avropa ilə Asiya arasında körpü rolunu oynayıb. Bu gün Qarabağ və Zəngəzur yenidən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin vacib bağlantı mərkəzinə çevrilir".Metbuat.az xəbər verir ki, bu fikirləri “Dirçəliş və Urbanisid: Dayanıqlı Şəhər İnkişafı və Dayanıqlı İcmalar” panelində Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib. Xüsusi nümayəndə vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa quru əlaqəsini bərpa etməyəcək, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat marşrutlarını birləşdirən strateji halqaya çevriləcək:"İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra bu istiqamətdə genişmiqyaslı işlər həyata keçirilir. Artıq dəmir yolunun böyük hissəsinin tikintisi tamamlanıb və işlər paralel şəkildə davam edir.Bununla yanaşı, Azərbaycanla İranı birləşdirəcək Araz çayı üzərində körpünün tikintisi də yekunlaşmaq üzrədir və bu körpü regional nəqliyyat-logistika inteqrasiyasının mühüm elementi olacaq". Vahid Hacıyev qeyd edib ki, dəhlizin həyata keçirilməsi regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına imkan yaradacaq və Azərbaycanın illik yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq.

Gülbəniz Hüseynli /Metbuat.az

Seçilən
4
1
metbuat.az

10Mənbələr