Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Macarıstanın Baş naziri Peter Madyar Ukrayna-Macarıstan məsləhətləşmələrinin başa çatmasından sonra Zakarpatye vilayətində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər.
“AzPolitika” xəbər verir ki, bunu Macarıstan hökumətinin yeni rəhbəri jurnalistlərə açıqlayıb.
Polşa Baş naziri Donald Tuskla birgə mətbuat konfransı zamanı Madyar Tisa hökumətinin qurulmasının Ukrayna və Macarıstan arasındakı münasibətlərdə yeni imkanlar pəncərəsi açdığını deyib.
"Biz artıq Ukrayna tərəfinə siqnal vermişik və hətta(Ukraynadakı) macar azlığının dil və digər hüquqları ilə bağlı işçi məsləhətləşmələrə başlamışıq ki, onlar da Avropa Birliyindəki hər kəsin sahib olduğu hər şeyi ala bilsinlər. Ümid edirəm ki, bu işçi danışıqlar seriyası tez bir zamanda başa çatacaq və təklif etdiyim kimi, macarların əhalinin əhəmiyyətli bir hissəsini təşkil etdiyi Zakarpatye vilayətinin Berehove şəhərində Prezident Zelenski ilə görüşə biləcəyik", - deyə Macarıstan Baş naziri bildirib.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.