AZ

İsti havada qida zəhərlənməsinin qarşısını necə almaq olar? - Həkimdən tövsiyə

Yoluxucu xəstəliklər üzrə mütəxəssis Vladimir Neronov, isti havada qida zəhərlənməsinin qarşısının alınması barədə danışıb.

E-saglam.az xəbər verir ki, o, ən yaxşı müalicənin profilaktika olduğunu izah etdi.

Həkim bildirib ki, isti havalarda tez xarab olan qidalar yalnız soyuducuda saxlanılmalı, bişmiş yeməklər süfrədə bir-iki saatdan çox qalmamalı, ət və balıq tam bişirilməli, əllər, meyvə-tərəvəzlər yuyulmalı, şübhəli yerlərdə olan küçə yeməklərindən çəkinilməlidir.

Zəhərlənmə baş verərsə və simptomlar 24 saatdan çox davam edərsə, pisləşərsə və ya yüksək hərarət və susuzlaşma əlamətləri ilə müşayiət olunarsa, özünüdərman etməyin. Təhlükəsiz olmaq və dərhal tibbi yardım almaq daha yaxşıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
35
e-saglam.az

1Mənbələr